Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın Donbasa hücumunun qarşısı alınıb -<font color=red><b> FTX-nin15 əməkdaşı ...</b></font>

11:30 - 27 Dekabr 2022 tarixində dərc olunub.

Ukrayna Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri düşmənin 4 komanda məntəqəsini vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib. Bildirilib ki, Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayəti və Donetsk vilayətində işğalçıların hücumlarını dəf edib. Bundan başqa, onlara bir neçə dəfə zərbələr endirilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı həmçinin bildirib ki, Zaporojye vilayətinin Vasilyevski rayonu, Novobelozerka yaxınlığında işğalçıların canlı qüvvənin cəmləşdiyi yerlər vurulub. Düşmən 100-ə qədər əsgərini itirib və yaralanıb. İtkilər arasında - Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin 15 əməkdaşı var.

Pünhan

Müəllif: