Ucnoqta.az
www.ucnoqta.az

Pensiyalar və müavinətlərlə bağlı<font color=red><b> ŞAD XƏBƏR - Yanvarın 1-dən ...</b></font>

10:02 - 27 Dekabr 2022 tarixində dərc olunub.

Əmək pensiyalarının orta aylıq məbləği 12 faiz artıb.

Ucnoqta.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfrasında bildirib.

O əlavə edib ki, cari ildə əmək pensiyalarının orta aylıq məbləği 372 manat təşkil edib. 2023-cü il üzrə bu məbləğ 423 manat proqnozlaşdırılıb.
"Əgər biz bu göstəricini ötən ilin rəqəmləri ilə müqayisə etsək, bu zaman 12 faizlik artımı görə bilərik. Həmin rəqəmi 2018-ci illə müqayisə etsək isə 68 faizdən artıq artımın olduğunu müşahidə edərik.
Həm müavinətlər və təqaüdlərin, həm də əmək pensiyalarının artırılması istiqamətində də müvafiq tədbirlər görüləcək", - deyə Himalay Məmişov vurğulayıb.

Müəllif: