Ucnoqta.az
www.ucnoqta.az

İranda boya fabriki partladı

20:03 - 26 Dekabr 2022 tarixində dərc olunub.

İranın şərq əyalətinin Azərşəhr bölgəsində yerləşən boya fabrikində partlayış baş verib.

Ucnoqta.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 10-u ağır olmaqla ümumilikdə 65 nəfər yaralanıb.

Qızıl Aypara Cəmiyyətinin Baş direktoru Həmid Mencem hadisə ilə bağlı açıqlama verib:

“Bu gün yerli vaxtla saat 12:42-də boya fabrikində partlayış baş verib. Partlayış nəticəsində 150 ​​nəfər zərər çəkdiyi halda, 10-u ağır olmaqla 65 nəfər yaralanıb. Hadisə yerinə 3 xilasetmə qrupu və təcili yardım maşınları göndərilib. Partlayışın şiddətindən yaralı sayının artma ehtimalı davam edir”.

Müəllif: