Ucnoqta.az
www.ucnoqta.az

Böyük və Kiçik Qafqaz çaylarında suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib

18:39 - 26 Dekabr 2022 tarixində dərc olunub.

Son günlər ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçməsi ilə əlaqədar Respublika çaylarının səviyyəsində dəyişiklik qeydə alınmayıb.

 Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, Böyük və Kiçik Qafqazın ərazisindən axan çaylarda suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib:

“Eyni zamanda, tranzit çaylar olan Kür-Qıraqkəsəmən və Qanıx-Cəlayir məntəqələrində də suyun səviyyəsi dəyişməyib”.///Apa

 

Müəllif: