Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda qanunsuz tikinti söküldü -<font color=red><b> VİDEO</b></font>

14:46 - 26 Dekabr 2022 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən verilən məlumata görə, Abşeron rayonunun Məmmədli kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və obyekt sökülüb.

Müəllif: