Belarusun Maçulişçi aerodromunda Rusiya Kosmik Qüvvələrinə məxsus MiQ-31K təyyarələrindən birinin mühərriki yanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Belarus Qayun” monitorinq qrupu öz mənbələrinə istinadən məlumat yayıb.
Qrupun məlumatına görə, bu gün RF-95194 dövlət nömrə nişanlı təyyarənin mühərriki alışıb. Bu MiG-nin yaxın gələcəkdə uçmasına imkan verməyəcək.
Yanğının nədən baş verdiyi hələlik məlum deyil.
Səsdən sürətli, bütün hava şəraitinə uyğun uzaqmənzilli MiQ-31K qırıcısı Rusiya ordusunun Ukrayna ərazisinə bir neçə dəfə zərbə endirdiyi "Kinjal" hipersəs qanadlı raketləri ilə silahlanıb.