Ucnoqta.az
www.ucnoqta.az

Rusiya quru qoşunlarının keçmiş komandanı öldü

16:39 - 25 Dekabr 2022 tarixində dərc olunub.

Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş komandanı Aleksey Maslov 69 yaşında ölüb.

Ucnoqta.az report-a istinadən xəbər verir ki, bu barədə A.Maslovun son illər işlədiyi "Uralvaqonzavod" konserni bildirib.

O, Burdenko adına Baş Hərbi Klinik Hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, Aleksey Maslov 2004-2008-ci illərdə Rusiya Federasiyasının Quru Qoşunlarına rəhbərlik edib, daha sonra Rusiyanın NATO-dakı baş hərbi nümayəndəsi olub. 2011-ci ilin oktyabrında hərbi xidmətdən ehtiyata göndərilib. O, son illərdə "Uralvaqonzavod"un hərbi-texniki əməkdaşlıq üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.

Müəllif: