Ucnoqta.az
www.ucnoqta.az

Bakıda "Bakubus" avtobusu qəzaya düşüb, <font color=red><b>xəsarət alan var</b></font>

23:58 - 24 Dekabr 2022 tarixində dərc olunub.

Bakının Nəsimi rayonunda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alan var.

"Report"un məlumatına görə, 3 saylı xətt üzrə hərəkətdə olan "Bakubus" sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin 1992-ci il təvəllüdlü Quliyeva Fatimə Bəhram qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: