Ucnoqta.az
www.ucnoqta.az

Braziliya millisinin sabiq baş məşqçisi qarət edildi

18:34 - 24 Dekabr 2022 tarixində dərc olunub.

Braziliya millisinin sabiq baş məşqçisi, Tite kimi tanınan Adenor Leonardo Bakşi Rio-de-Janeyroda qarət edilib

Ucnoqta.az xəbər verir ki, soyğunçu 61 yaşlı Titeni tanıyıb və eyni zamanda Braziliya millisinin Qətərdə keçirilən dünya çempionatını vaxtından əvvəl tərk etməsindən narazılığını bildirib.

Soyğunçu Braziliya millisinin keçmiş məşqçisinin qızıl-zinət əşyalarını oğurlayıb və dünya çempionatına görə tənqid atəşinə tutulub

Qeyd edək ki, Braziliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiyaya uduzaraq, mundialla vidalaşıb.

Emin

Müəllif: