Ucnoqta.az
www.ucnoqta.az

Saakaşvilinin növbəti məhkəməsi dekabrın 29-da keçiriləcək

14:38 - 23 Dekabr 2022 tarixində dərc olunub.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin məhkəməsi hakimin qərarı ilə dekabrın 29-u, saat 11:00-da davam etdiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Şalva Xaçapuridze mətbuata verdiyi açıqlamasında bildirib.

Vəkil Saakaşvilinin səhhətinin son dərəcə ağır olduğu üçün hakimdən prosesin növbəti günə təyin edilməsini istəyib. Hakim isə öz növbəsində məhkəmə iclasının gündəlik keçirilməsinin mümkün olmadığını bildirib.

Pünhan

Müəllif: