Ucnoqta.az
www.ucnoqta.az

Rusiya aktivlərinin Kiyevin xeyrinə müsadirəsi ilə bağlı düzəlişi təsdiqlənib

11:17 - 23 Dekabr 2022 tarixində dərc olunub.

ABŞ Senatı bununla bağlı düzəlişin lehinə səs verib

Ucnoqta.az xəbər verir ki, ABŞ Senatı Rusiya aktivlərinin Kiyevin xeyrinə müsadirəsi ilə bağlı düzəlişin lehinə səs verib. Layihəyə “rus oliqarxlarının” müsadirə edilmiş aktivlərinin humanitar və hərbi yardım məqsədilə Ukraynaya verilməsinə icazə verən düzəliş daxildir. Qeyd edək ki,  çərşənbə axşamı senatorlar federal hökuməti maliyyə ilinin sonuna qədər (30 sentyabr) maliyyələşdirməyi nəzərdə tutan qanun layihəsini razılaşdırıblar. 

Büdcə layihəsində Ukrayna və NATO müttəfiqlərinə yardım üçün 44,9 milyard dollar nəzərdə tutulub. Bundan əlavə, gələn il ABŞ-ın müdafiə xərcləri rekord həddə - 858 milyard dollara çatacaq.

Rusiya hakimiyyəti dəfələrlə Qərb ölkələri və ABŞ-ı sanksiyalara və rus iş adamlarının aktivlərini blokadaya görə tənqid edərək, bunu soyğunçuluq adlandırıb.

Müəllif: