Ucnoqta.az
www.ucnoqta.az

Bakı sakininin ölümünə səbəb olan şəxs tutuldu

10:51 - 23 Dekabr 2022 tarixində dərc olunub.

Dekabrın 13-də Binəqədi rayonunun S.S.Axundov küçəsində Bakı şəhər sakini Cəbrayıl Qarayev yıxılaraq aldığı kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dekabrın 19-da orada ölüb.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Binəqədi rayon Pİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun dekabrın 12-də saat 18 radələrində həmin küçədə “JAC” markalı avtomobillə vurulması müəyyən olunub. Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Ələddin Bağırov saxlanılıb.

Araşdırma aparılır.

 

Müəllif: