Ucnoqta.az
www.ucnoqta.az

Ucarda 16 yaşlı qızın toyunda iştirak edən polislə bağlı <font color=red><b>AÇIQLAMA</b></font>

10:37 - 23 Dekabr 2022 tarixində dərc olunub.

Ucarda yetkinlik yaşına çatmayan qızın toyunda iştirak edən polis əməkdaşı ilə bağlı araşdırma aparılır. 

Toy məclisi Qaracallı kəndində dekabrın 17-də baş tutub. Mərasimin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, məclisdə Elçin Neymanov adlı polis əməkdaşı da mülki geyimdə iştirak edib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, həmin toy məclisində iştirak edən Ucar Rayon Polis Şöbəsinin əməkdaşı E.Neymanov barəsində də xidməti yoxlamalar aparılır:

“Azyaşlının erkən nikaha daxil olması ilə bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Müəllif: