Ucnoqta.az
www.ucnoqta.az

Bakıda hamilə qadını avtomobil vurdu

08:48 - 23 Dekabr 2022 tarixində dərc olunub.

Bakının Xəzər rayonununda hamilə qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1985-ci il təvəllüdlü S. Qafarovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: