Ucnoqta.az
www.ucnoqta.az

Putin Kadırova Aleksandr Nevski ordenini təqdim edib

20:36 - 22 Dekabr 2022 tarixində dərc olunub.

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinin ona Aleksandr Nevski ordeni təqdim etdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, Kadırov ona xidmətlərinə verdiyi yüksək qiymətə görə təşəkkür edib:

"Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə mən yüksək mükafat - Aleksandr Nevski ordeni ilə təltif olundum. Vətənimizin rifahı naminə xidmətdə təvazökar xidmətlərimin belə qiymətləndirilməsi mənim üçün böyük şərəfdir. Hamımız üçün əsl lider və əsl vətənpərvər nümunəsi olan Ali Baş Komandanın əlindən belə əlamətdar mükafatı almaqdan hədsiz qürur duyuram. ”, - Çeçenistan rəhbəri yazıb.

Ruhəngiz

Müəllif: