Erməni zabit sosial şəbəkələr vasitəsilə Azərbaycan xüsusi xidmət orqanlarına məxfi məlumatlar ötürüb
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, Ermənistan ordusunun baş serjantı 2022-ci ilin yanvar ayında “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə Azərbaycan xüsusi xidmət orqanının əməkdaşı ilə tanış olub, bundan sonra o, sonuncu tərəfindən verbovka olunub və 2022-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayına kimi “WhatsApp” vasitəsilə onunla əlaqə saxlayıb.
O cümlədən, hərbi qulluqçu 2022-ci ilin aprel ayında bazanın yerləşdiyi yerin dəqiq koordinatlarını üzə çıxaran internet məkan proqramı vasitəsilə hərbi hissənin çəkilmiş fotoşəkilini, eləcə də mövqelərin məsafəsinin əlyazma xəritəsini Azərbaycan xüsusi xidmət orqanlarına təhvil verib. Bunun üçün o, 24 min dram və 21,5 min dram alıb.
Bundan əlavə, 2022-ci il mayın 17-dən 20-dək olan müddətdə o, xidmət etdiyi hərbi hissənin döyüş mövqelərinin adları, məftil rabitə yolları, yerləşdiyi yer barədə dövlət sirri olan komanda müşahidə məntəqələrinin, habelə mövqelər arasındakı məsafə və onların təşkili haqqında məlumatları Azərbaycana təhvil verib. Bunun üçün o, 48 min dram alıb.
Emin