Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın Ukraynada canlı qüvvə itkiləri 100 mini ötdü

11:56 - 22 Dekabr 2022 tarixində dərc olunub.

Rusiyanın Ukraynada apardığı müharibənin 300-cü günüdür.

Ucnoqta.az xəbər verir ki, müharibə başlayandan bu günə qədər Rusiya Ordusu 100400 canlı qüvvə itki verib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutkada daha 660 rusiyalı hərbiçi məhv edilib.

Həmçinin, Rusiya müharibədə 3003 tank, 5981 zirehli texnika, 1693 PUA, 283 təyyarə, 1978 artilleriya sistemi, 267 helikopter, 4615 nəqliyyat vasitəsi itirib.

Emin

Müəllif: