Ucnoqta.az
www.ucnoqta.az

Dünya çempionunu qətlə yetirmiş şəxslə bağlı <font color=red><b>QƏRAR</b></font>

10:00 - 22 Dekabr 2022 tarixində dərc olunub.

Bakı Apellyasiya Məhkəməsində “Emin 444”ün ölümünə görə qətl törətmiş Samir Şirəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Şirəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə bu il Nəsimi rayonu 6-cı mikrorayon ərazisində baş verib. Tanınmış idmançı, dünya çempionu Zaur Yusifov evinin yaxınlığında marketdə “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Zaur Yusifov "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində təqsirləndirilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ötən ilin oktyabrında elan olunmuş hökmə əsasən, hadisədə iştirakı sübut olunmadığı üçün Zaur Yusifova bəraət verilib.

Zaur Yusifovun qətlinin qisas məqsədilə törədildiyi istisna edilmir. Çünki onu qətl edən Samir Şirəliyev “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğlu olub.///pravda

Müəllif: