Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə müalicə alan qazilərimiz Azərbaycana qayıdıblar

12:50 - 21 Dekabr 2022 tarixində dərc olunub.

Türkiyədə müalicə alan qazilərimiz Musayev Vadim Fikrətoviç, Səmədov Ceyhun Eldar oğlu, İsmayılov Ram Rəhman oğlu və Abdurrahmanov Nicat İlqar oğlu Vətənə qayıdıblar. 

Ucnoqta.az xəbər verir ki, bu barədə “Yaşat” Fondu məlumat yayıb. 

Qazilər bundan sonra da fond tərəfindən nəzarətdə saxlanılacaqlar. İndiyədək qonşu ölkəyə 177 qazimiz göndərilib. Onlardan 157 nəfər artıq Azərbaycana geri dönüb.

Qeyd edək ki, fonda müraciət etmək üçün 8110 “Çağrı” Mərkəzi ilə əlaqə saxlamaq olar.

Müəllif: