Xəbər verdiyimiz kimi, hazırda Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir.
Ucnoqta.az xəbər verir ki, vəkil Mehman Muradlı bu barədə sosial şəbəkə hesabında yazıb. Bildirilir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri Vasif Talıbov bugünkü iclasda istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir.
İclasın gündəliyi barədə rəsmilərə məlumat verilməsə də, Naxçıvanla bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.