Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın Ukraynada itkiləri 100 minə yaxınlaşır

11:57 - 21 Dekabr 2022 tarixində dərc olunub.

Rusiya Ukraynada müharibəyə başlayandan canlı qüvvə itki sayı 99740-a çatıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Ötən gün daha 510 rusiyalı hərbçi Ukrayna ordusu tərəfindən məhv edilib.

Həmçinin, ötən gün 7 tank, 5 zirehli texnika, 8 PUA, 1 təyyarə, 12 artilleriya sistemi, 1 helikopter, 9 nəqliyyat vasitəsi məhv edilib.

Emin

Müəllif: