Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Müdafiə Nazirliyinin saytında Xankəndi "Stepanakert" adlandırıldı - <font color=red><b>FOTO</b></font>

23:09 - 20 Dekabr 2022 tarixində dərc olunub.

Azərbaycanın Qarabağ iqdisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı daha bir təxribata yol verilib.

Ucnoqta.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin bu gün yaydığı informasiya bülletenində yenə "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi işlədilib. Həmçinin Azərbaycanın Xankəndi şəhəri Stepanakert adlandırılıb.

Qeyd edək ki, bundan əvvəlki bülletenlərdə də Azərbaycanın Qarabağ iqdisadi rayonunda yerləşən toponimlər erməni adları ilə adlandırılırdı. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə sülhməramlı kontingentə xəbərdarlıq edib.

Emin

Müəllif: