Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Fransada Messiyə qarşı TƏHQİR: </b></font>Formasına barda ayaqqabı sildirirlər

15:37 - 20 Dekabr 2022 tarixində dərc olunub.

Fransanın barlarından birində argentinalı hücumçu Lionel Messiyə Qətərdə keçirilən dünya çempionatının finalında komandasının qalib gəlməsini bağışlaya bilməyiblər. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, barda yerli PSJ-də çıxış edən 35 yaşlı futbolçunun formasını yerə atmaq qərarına gəliblər.

"Girərkən ayaqlarınızı silməyi unutmayın", - Messinin girişdəki formasının yanındakı lövhədə yazılıb.

Lionel Messi 2021-ci ilin yayında PSJ-yə keçib. Komandanın heyətində 53 oyunda 23 qol vurub, 29 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilə bu mövsümün sonunda başa çatır.

Noyabrın 20-dən dekabrın 18-dək Messi Argentina millisinin heyətində Qətərdə keçirilən dünya çempionatında çıxış edib. Onun komandası finalında Fransanı məğlub edib.

 

Müəllif: