Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə minik maşını kanala düşüb

22:50 - 18 Dekabr 2022 tarixində dərc olunub.

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı su kanalına düşüb.

Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: