Gəncə sakini kimyəvi təmizləyici vasitə içib.
Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb. 1985-ci il təvəllüdlü Natiq Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardıma baxmayaraq, N.Məmmədov xəstəxanada keçinib.
Məlumata görə, 37 yaşlı kişi kimyəvi təmizləyici vasitə içib.
Faktla bağlı araşdırma aparılır.
13:53
Gəncədə 37 yaşlı kişi zəhərlənib.
Hadisə şəhərin 3-cü mikrorayonunda yerləşən binaların birində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Natiq Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazimi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, 37 yaşlı kişi “Net" təmizləyici vasitəsini içib. N.Məmmədovun hansı səbəbdən özünü zəhərləməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.///unikal