Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda ana və iki övladı dəm qazından zəhərləndi

09:17 - 17 Dekabr 2022 tarixində dərc olunub.

Qazax rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, Qazax rayon sakinləri, 1995-ci il təvəllüdlü Türkan Yusifova və onun 3 və 4 yaşlı övladları dəm qazından zəhərləniblər.

Hər üç şəxs xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi və qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: