Ucnoqta.az
www.ucnoqta.az

Ronaldo Madridi tərk edib, bu şəhərə yollandı

18:25 - 16 Dekabr 2022 tarixində dərc olunub.

Klub tapana qədər "Real"ın bazasında məşqlərini davam etdirən Kriştiano Ronaldo Madrid şəhərindən ayrılıb.

Ucnoqta.az offsideplus.az-a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu şəxsi təyyarəsi ilə BƏƏ-nin Dubay şəhərinə yollanıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, portuqaliyalı ulduz noyabr ayında "Mançester Yunayted" klubu ilə müqaviləsinə xitam verib. Futbolçu hazırda azad agentdir.

Müəllif: