Azərbaycanda zəlzələ olub.
Bu barədə Ucnoqta.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 23:04-də Saatlı stansiyasından 22 km cənub-şərqdə, Saatlı rayonunda 3,9 bala qədər hiss olunub.
Zəlzələ ocağı 37 kilometr dərinlikdə yerləşib.