Avropa Parlamenti "Gürcü Arzusu"nun təsisçisi və Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqini dəstəkləyib.
Ucnoqta.az xəbər verir ki, Avropa Parlamentinin deputatı Miriam Lexmanın müəllifi olduğu qətnaməyə altıncı düzəlişdə deyilir:
"İvanişviliyə və demokratik proseslərin pisləşməsinə görə məsuliyyət daşıyan bütün insanlara qarşı şəxsi sanksiyalar tətbiq edilməlidir”.
Avropa Parlamentindəki bugünkü iclasda 275 deputat bu dəyişikliyi dəstəkləyib, 212 deputat buna qarşı çıxıb, 132 nəfər isə bitərəf qalıb.