Ucnoqta.az
www.ucnoqta.az

Goranboy sakini Kəlbəcərdən yük maşını qaçırdı

11:55 - 15 Dekabr 2022 tarixində dərc olunub.

Kəlbəcər rayonu ərazisində inşaat şirkətinə məxsus “HOWO” markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub. 

Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada sürücü işləyən Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb.

Avtomobil şirkətə təhvil verilib. 

Araşdırma aparılır.

Müəllif: