Ucnoqta.az
www.ucnoqta.az

“Repetitorluğa son qoyulmalıdır” - <font color=red><b>Deputat</b></font>

11:19 - 15 Dekabr 2022 tarixində dərc olunub.

“İmtahamlarda aşağı nəticə göstərilməsinin səbəbini araşdırmaq, niyəsini tapmaq lazımdır. İlk növbədə repetitorluğa son qoyulmalıdır”.

Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Qüdrət Həsənquliyev deyib.

Deputat təklif edib ki, ilk növbədə repetitorluğa son qoyulmalıdır: "Bu gün repetitorluğun aradan qaldırılmasının tək yolu orta məktəb buraxılış imtahanlarına uyğun ali məktəblərə qəbulun həyata keçirilməsidir”.

Müəllif: