Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ağır qəza olub, ölənlər var

09:38 - 15 Dekabr 2022 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

"Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВAЗ” markalı minik avtomobili "Volvo" markalı yük avtomobilinə çırpılıb, 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər sağ, digər 2 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib",- deyə nazirlikdən bildirilib.

 

Müəllif: