Ucnoqta.az
www.ucnoqta.az

Ruben Vardanyan xəstələri Qarabağdan buraxmır

23:58 - 14 Dekabr 2022 tarixində dərc olunub.

Vardanyan xəstələri Qarabağdan buraxmaqdan imtina edib.

Bu barədə erməni siyasi şərhçi Onik Qriqoryan “Twitter hesabında yazıb.

“Bu arada, Azadlıq Radiosuna müsahibəsində de-fakto dövlət naziri Ruben Vardanyan deyir ki, Qarabağda ərzaq, yanacaq və dərman təminatında heç bir problem yoxdur”, - deyə erməni siyasi şərhçi Onik Qriqoryan yazıb.

Vardanyan, həmçinin deyir ki, aksiyaçıların təcili yardım və digər nəqliyyat vasitələrini buraxdığı barədə eşidib, ancaq Qarabağ bunu etməyəcək.///apa

 

Müəllif: