Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcərdə minaya düşərək şəhid olan hərbçi sabah Tovuzda dəfn olunacaq

21:50 - 14 Dekabr 2022 tarixində dərc olunub.

Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşərək şəhid olan hərbçinin nəşi Tovuz rayonundandır.

"Report"un məlumatına görə, 1984-cü il təvəllüdlü şəhid gizir Hümbətov Zöhrab Məmməd oğlu Tovuz rayon sakinidir.

Onun ailəsi rayonun Aşağı Quşçu kəndində yaşayır.

O, 10 ildən çox idi hərbçi idi. Şəhidin 3 övladı var.

Onun sabah dəfn olunacağı bildirilir.

Müəllif: