Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda yol qəzası olub, ər-arvad xəsarət alıb

14:46 - 14 Dekabr 2022 tarixində dərc olunub.

Xaçmaz rayonunda avtomobil elektrik dirəyinə çırpılıb, ər-arvad xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Bakı prospektində qeydə alınıb.

Belə ki, "KİA" markalı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb.

Nəticədə 1989-cu il təvəllüdlü Cəfərov İlqar Cəfəroviç və həyat yoldaşı, 1991-ci il təvəllüdlü Cəfərova Könül Nadir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: