Ucnoqta.az
www.ucnoqta.az

QHT təmsilçilərinin Laçın yolunda keçirdiyi aksiya davam edir - <font color=red><b>FOTO</b></font>

11:19 - 14 Dekabr 2022 tarixində dərc olunub.
QHT təmsilçiləri və ekofəalların Laçın yolunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq keçirdiyi aksiya artıq 3 gündür ki davam edir. Ucnoqta.az xəbər verir ki, aksiya iştirakçıları ekoloji terror və yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər. Aksiyaya dəstək verənlərin sayı artır.
Müəllif: