Ucnoqta.az
www.ucnoqta.az

Kiyevin mərkəzində partlayışlar baş verib

10:21 - 14 Dekabr 2022 tarixində dərc olunub.

Ukrayna paytaxtı Kiyevin Şevçenkovski rayonunda (mərkəzdə yerləşir - təqribən) partlayışlar baş verib.

Bu barədə Kiyevin meri Vitali Kliçko öz Teleqram kanalında bildirib. Rəsminin sözlərinə görə, təhlükəsizlik xidmətləri hadisə yerinə gedib. Kliçko daha sonra ətraflı məlumat verəcəyini vəd edib.

Bundan əvvəl Ali Radanın deputatı Oleksiy Qonçarenko Kiyevdə partlayış səslərinin eşidildiyini bildirmişdi. Qeyd edək ki, oktyabrın 10-dan Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi və energetika obyektlərinə zərbələr endirir. “Bu, xüsusilə Krım körpüsündə baş verən partlayışa cavabdır”- deyə Rusiya prezidenti Vladimir Putin bildirib.

Müəllif: