Ucnoqta.az
www.ucnoqta.az

Ermənilər “saxta göz yaşları” ilə hamını bezdirib

14:06 - 13 Dekabr 2022 tarixində dərc olunub.

 
Lyod Corc: "Belə millətin olmasına ehtiyac yoxdur"

“Azərbaycan növbəti dəfə Goris-Xankəndi avtomobil yolunun Şuşa hissəsindən keçən hissəsini bağlayıb”. Bu barədə Qarabağ separatçılarının bəyanatında deyilir. “Bu, Bakının soyqırım siyasətinin növbəti təzahürüdür. Regionda qeyri-sabitlik mühiti yaratmaq və Rusiyanın sülhməramlı missiyasının fəaliyyətinə mane olmaq məqsədi daşıyan dağıdıcı və cinayətkar hərəkətdir...”, - bəyanatda deyilir.
Bəyanat sadəcə erməni riyakarlığıdır. Səbəbi gizlətməklə özlərini haqlı çıxarmağa cəhddir. Bir sözlə, ermənilər hay-küy yaradaraq əzilən, soyqırıma mərüz qalan, incidilən bir millət kimi özlərini xaricə sırımaq istəyir, beynəlxalq istimaiyyətdən, böyük dövlətlərdən kömək istəyirdilər. Onların bugünkü həyasızlığı 100 illərin həyasızlığından fərqlənmir. Bu həyasızlığa aid bir nümunəni sizin diqqətinizə çatdırıram:
“Daşnaklar hakimiyyətdə olduqları qısa zaman kəsiyində bütün qonşuları - Türkiyə, Gürcüstan və Azərbaycanla bir-birinin ardınca müharibələrə girdi və hər üçündə də biabırçı şəkildə uduzaraq müharibədən çıxdı. Sonra da daşnak başçıları haray-həşir salaraq böyük dövlətlərdən hərbi kömək istəyirdilər. Ermənilərin bu cür qeyri-səmimi və heç bir hüquq normasına və etik çərçivəyə sığmayan mövqeyi qərb dövlətlərini hövsələdən çıxarırdı. Təsadüfi deyil ki, ermənilərin bütün bu əməllərindən cana döymuş olan Britaniyanın baş naziri Lyod Corc şərt qoyurdu ki, yunanlar kimi ermənilər də öz döyüşlərini özləri aparmalıdır: “Əgər öz sərhədlərini qorumağa qadir deyilsə, onda belə millətin olmasına ehtiyac yoxdur və belə vəziyyətdə heç bir müttəfiq hökuməti onlara hətta ən adi bir batalyonla belə kömək etməməlidir”.

Bəli, ermənilər “saxta göz yaşları” ilə hamını bezdirib.

Müəllif: