Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda müəllimlər qəzaya düşdü:<font color=red><b> biri öldü - FOTO</b></font>

13:00 - 13 Dekabr 2022 tarixində dərc olunub.

Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

Bu barədə Elm və Təhsil Nazirliyindən Ucnoqta.az-a bildirilib. Məlumata görə, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib. Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar.

Araşdırma aparılır.

Qeyd edək ki, E.Rüstəmov həm də idman jurnalisti idi. O, “Neftçi TV”də  şərhçi kimi çalışıb.

Müəllif: