Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda bəzi kəndlərə elektrik enerjisinin verilişi dayandırıldı -<font color=red><b> VİDEO</b></font>

18:28 - 12 Dekabr 2022 tarixində dərc olunub.

Azərbaycanın 5 rayonunda bir sıra kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

Bu barədə Ucnoqta.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonlarının bəzi kəndlərinə elektrik enerjisinin verilişində fasilə yaranıb.

“Azərişıq” ASC-nin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün qurumun bütün imkanları səfərbər olunub. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olsa da, lakin 6500-ə yaxın abonentin elektrik enerjisi verilişinin bərpası istiqamətində ciddi işlər görülür", - məlumatda vurğulanıb.

 

Müəllif: