Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə MN Heydər Əliyevlə bağlı paylaşım edib

16:31 - 12 Dekabr 2022 tarixində dərc olunub.

Türkiyənin Milli Müdafiə Nazirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı öz rəsmi tviter hesabında paylaşım edib.

Ucnoqta.az xəbər verir ki, paylaşımda deyilir:

““Biz bir millət, iki dövlətik” deyərək qardaşlığımızı bütün dünyaya çatdıran Can Azərbaycanın ümummilli lideri Heydər Əliyevi vəfatının 19-cu ildönümündə rəhmət və hörmətlə anırıq”.

Müəllif: