Ucnoqta.az
www.ucnoqta.az

"Azərbaycan Dəmir Yolları" 10 yeni qatar alır

13:14 - 12 Dekabr 2022 tarixində dərc olunub.

"Azərbaycan Dəmir Yolları" QSC daha 10 yeni sərnişin qatarının alınmasına dair müqavilə bağlayıb.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, qatarların bir hissəsi gələn ilin sonuna qədər ölkəyə gətiriləcək.

"Yeni qatarların bir hissəsi Bakı-Sumqayıt xəttində, digər hissəsi isə regionlara sərnişin daşımalarında istifadə ediləcək", - sədr deyib.

Müəllif: