Ucnoqta.az
www.ucnoqta.az

Sülhməramlı polkovnik içkili vəziyyətdə aksiya iştirakçılarının qarşısına çıxdı - <font color=red><b>Video</b></font>

13:01 - 12 Dekabr 2022 tarixində dərc olunub.

Bu gün azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər. Onlar əraziyə sülhməramlıların komandanı Volkovun gəlişini tələb edirlər.

Ucnoqta.az xəbər verir ki, Volkov özü gəlməyib onun əvəzində rus polkovnik çıxıb. Aksiya iştirakçıları polkovnikin içkili vəziyyətdə olduğunu bildiriblər.

Etirazçılar yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Müəllif: