Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə səfirliyi Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

11:01 - 12 Dekabr 2022 tarixində dərc olunub.

Türkiyənin Azərbaycandakı səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı paylaşım edib.

Ucnoqta.az xəbər verir ki, səfirliyin rəsmi tviter hesabında edilən paylaşımda qeyd olunub:

“Görkəmli dövlət xadimi, müstəqil və müasir Azərbaycanın qurucusu, mənalı həyatını öz xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevi vəfatının 19-cu ildönümündə dərin hörmət və ehtiramla yad edirik. Ulu öndərin ruhu şad, məkanı cənnət olsun!”

Müəllif: