Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var

08:52 - 12 Dekabr 2022 tarixində dərc olunub.

Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində avtomobil qəzası olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü S.Cəfərova və daha 3 nəfər xəsarət alıb.

Məlumata görə, onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: