Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Bayramov Belçikaya getdi

16:57 - 11 Dekabr 2022 tarixində dərc olunub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçikaya işgüzar səfərə yola düşüb. Bu barədə Ucnoqta.az-a Xarici İşlər Nazirliyindən bildirilib. Nazir Ceyhun Bayramovun səfər çərçivəsində ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulub.
Müəllif: