Bakıda zəncirvarı yol qəzası baş verib - <font color=red><b>FOTO</b></font>
16:45 - 11 Dekabr 2022 tarixində dərc olunub.
Bakının Nərimanov rayonunda zəncirvarı yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.
Sürət həddini aşan “Honda” markalı avtomobil “Mercedes”ə, “Nissan X-Trail”ə, daha sonra isə “Qazel” markalı nəqliyyat vasitələrinə çırpılıb.
Hadisə nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib, sürücülərdən biri isə ağır dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.