Ucnoqta.az
www.ucnoqta.az

"Baku Bus"ın avtobusu yolda <font color=red><b>YANDI - VİDEO</b></font>

12:55 - 10 Dekabr 2022 tarixində dərc olunub.

Bu gün səhər paytaxt yollarının birində "Baku Bus"ın avtobusunda yanğın hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub.
Videoda avtobusun arxa hissəsinin alovlandığı aydın görünür.

Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevaçıqlamasında bildirdi ki, texniki nasazlıq səbəbindən BakuBus MMC-nin istismarında olan 205 nömrəli xətt üzrə avtobusda alovlanma olub:

"Sürücü təlimata uyğun davranaraq alovun yayılmasının qarşısını alıb. Eyni zamanda da avtobusun özünün də yanğınsöndürmə sistemi işə düşüb. Hadisə nəticəsində xəsarət alan yoxdur".

Həmin videonu təqdim edirik:

Müəllif: