Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda ağır qəza -<font color=red><b> iki nəfər öldü</b></font>

08:28 - 9 Dekabr 2022 tarixində dərc olunub.

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 1982-ci il təvəllüdlü Kamil Qaragözov və 1981-ci il təvəllüdlü Rəşad Vəliyev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: