Ucnoqta.az
www.ucnoqta.az

Göbələk turşusundan zəhərlənən ana öldü, <font color=red><b>qızının vəziyyəti ağırdır</b></font>

06:58 - 9 Dekabr 2022 tarixində dərc olunub.

Xudat şəhərində ana və qızı göbələkdən zəhərlənib, onlardan biri ölüb.

Xaçmaz rayonunun Şimali kənd sakinləri, 1944-cü il təvəllüdlü Nemətova Roza Bədəl qızı və onun qızı, 1979-cu il təvəllüdlü Ağayeva Çimnaz Nemətovna göbələk turşusundan zəhərlənərək ağır vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, R. Nemətovanın həyatını xilas etmək mümkün olmayıb. Ç.Agayevanın isə vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: